AZ

Çempionu müəyyənləşdirəcək oyunun vaxtı dəyişdi!

Bu gün futzal üzrə ölkə çempionatının yüksək liqasında sonuncu - 20-ci turun oyunları keçiriləcək. Yeni çempionun adı da məhz son turda bilinəcək. Hazırda "Neftçi" 52 xalla turnir cədvəlinə başçılıq edir, 49 xala malik "Araz-Naxçıvan" isə 2-ci pillədə qərarlaşıb. Çempion bugünkü "Neftçi" - "Araz-Naxçıvan" oyununda müəyyənləşəcək. Bir qədər əvvəl Futzal Federasiyasının mətbuat xidməti oyunun başlama saatının dəyişdirilməsi haqda xəbər yayıb. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 16.00-da yox, 19.00-da start götürəcək. "CBC Sport"un canlı yayınlanayacağı matç başa çatandan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Seçilən
20
2
football-plus.az

3Mənbələr