AZ

Azərbaycanda yeni kənd adları Elbir, Çinarlı, Bəhrəli

ain.az bildirir, Modern.az portalına istinadən.

Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi təklif olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndinin adı Elbir kəndi olaraq dəyişdirilir və həmin inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilir.

Eyni zamanda, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibindəki Alekseyevka kəndinin adı Çinarlı kəndi, Timiryazev kəndinin adı isə Bəhrəli kəndi olaraq dəyişdirilir və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
modern.az

10Mənbələr