AZ

Rusiya və Ukrayna artıq bir-birinin dronlarını istehsal mərhələsində məhv edir - Forbes

Rusiya və Ukrayna getdikcə dronları havada deyil, həm də onların istehsal olunduğu fabriklərə, anbarlara və obyektlərə zərbələr endirirlər.

Herbiand.az xəbər verir ki, bu barədə Forbes bildirir.

Məlumata görə, hər iki tərəf dronların döyüş meydanına çatmamışdan əvvəl istehsal infrastrukturunu məhv etmək strategiyasına keçir.

Dronlar müasir müharibənin əsas komponentinə çevrilib, lakin elektron müharibə və hava hücumundan müdafiə sistemləri hücumları tamamilə dayandıra bilmir. Buna görə həm Kiyev, həm də Moskva getdikcə dronların yığıldığı fabriklərə, eləcə də onlar üçün elektronika və naviqasiya sistemləri istehsal edən müəssisələrə zərbələr endirməyə çalışır.

Bəxtiyarv CƏFƏRLİ

Seçilən
20
herbiand.az

1Mənbələr