AZ

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI Anbaan VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ankarada yaşlı kişiyə qarşı törədilən zorakılıq hadisəsi böyük narazılıq yaradıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 36 yaşlı Serkan Aytaç 93 yaşlı Zafer Savuna hücum edərək onu döyüb və içərisində 7 min lirə olan pul kisəsini əlindən alıb. Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Yayılan görüntülərdə yaşlı kişinin təxminən 4 dəqiqə ərzində zorakılığa məruz qaldığı görünür. Hadisə sosial şəbəkələrdə də ciddi etirazla qarşılanıb.

Bildirilir ki, saxlanılan Serkan Aytaçın daha əvvəl də 15 cinayət qeydiyyatı olub. Hadisədən sonra polis tərəfindən tutulan şəxs barəsində həbs qərarı verilib.

Baş verən olay Türkiyədə yaşlı insanlara qarşı zorakılıq mövzusunu yenidən gündəmə gətirib.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
news.milli.az

3Mənbələr