AZ

Hindistan Rusiya mayeləşdirilmiş qazını almaqdan imtina edib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Hindistan nümayəndələri Pavel Sorokinə Yeni Dehliyə səfəri zamanı imtinaları barədə məlumat veriblər

Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının blokadası səbəbindən yaranan enerji çatışmazlığına baxmayaraq, Hindistan ABŞ sanksiyalarına məruz qalan Rusiya mayeləşdirilmiş təbii qazını (LNG) almaqdan imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” vəziyyətlə birbaşa tanış olan iki mənbəyə istinadən məlumat verib.

Hindistan nümayəndələri Rusiyanın energetika nazirinin müavini Pavel Sorokinə 30 apreldə Yeni Dehliyə səfəri zamanı imtinaları barədə məlumat veriblər.

Agentliyin məlumatına görə, sözügedən mayeləşdirilmiş təbii qaz Baltik dənizindəki “Qazprom” LNG Portovaya terminalında “Kunpeng” tankerinə yüklənib. Portovaya LNG zavodu 2025-ci ilin fevral ayının sonlarında ABŞ sanksiyalarına məruz qalıb. “Kunpeng” aprelin ortalarında Hindistana gedirdi, lakin Hindistan limanına çata bilmədiyi üçün hazırda Sinqapur sahillərindədir. Tankerin təyinat limanı dəqiqləşdirilməyib və yükünün taleyi bəlli deyil.

“Reuters” mənbələri qeyd edib ki, Hindistan sanksiyalara məruz qalmayan Rusiya qazını almağa hazırdır, lakin onun əksəriyyəti artıq Avropa ölkələri ilə müqavilə bağlanıb. Eyni zamanda, onlar bildiriblər ki, Çin Rusiya LNG-sinin ən böyük alıcılarından biri olaraq qalır və Hindistandan fərqli olaraq, Rusiyadan sanksiyalı qaz almağa davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
ayna.az

1Mənbələr