AZ

Davadan sonra "Real"da mühit korlanıb

style='margin-bottom:10px;'>

“Real”ın düşərgəsində yarımmüdafiəçilər Federiko Valverde ilə Orelyen Çuameni arasında yaşanan qalmaqalın təsirləri davam edir.

QOL.az xəbər verir ki, bu barədə klub daxilindən məlumatları ilə tanınan “RadioMarca”nın jurnalisti Ramon Alvares de Mon paylaşım edib. Mənbənin iddiasına görə, Madrid təmsilçisinin bəzi nüfuzlu futbolçuları yay transfer pəncərəsində uruqvaylı yarımmüdafiəçinin komandadan göndərilməsinin tərəfdarıdır.

Bildirilir ki, Valverde ilə Çuameni arasında baş verən son insident kollektiv daxilindəki atmosferə ciddi təsir göstərib. Əvvəlcə klubdaxili məsələ kimi qiymətləndirilən hadisə sonradan daha böyük problemə çevrilib və soyunub-geyinmə otağındakı münasibətlərə mənfi təsir edib.

Məlumata görə, məhz bu qalmaqaldan sonra Valverde “Barselona”ya qarşı keçirilən son "El-Klasiko"nu buraxıb. Daha əvvəl uruqvaylı futbolçunun komanda yoldaşı ilə dava zamanı beyin silkələnməsi və baş nahiyəsindən xəsarət aldığı bildirilmişdi.

Xatırladaq ki, “Real” rəhbərliyi məsələ ilə bağlı daxili araşdırma aparıb və hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib. Daha sonra Çuameni azarkeşlərdən ictimai şəkildə üzr istəyərək, insidentin mövsümün həlledici mərhələsində komandaya mənfi təsir etdiyini etiraf edib.

Buna baxmayaraq, Valverde hələ də “Real”ın kapitanlarından biri və klubun vacib fiqurlarından hesab olunur. Lakin mənbənin iddiasına əsasən, qalmaqal onun kollektiv daxilindəki mövqeyini zəiflədib və Madrid klubunun soyunub-geyinmə otağında gərginlik davam edir.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr