AZ

Pakistanda bazarda partlayış olub: 7 nəfər ölüb

Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.

"Reuters"in yerli polis orqanlarına istinadən məlumatına görə, partlayış nəticəsində azı 7 nəfər, o cümlədən 2 polis əməkdaşı və 5 mülki şəxs ölüb.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.

"Cebheinfo.az"

Seçilən
29
8
cebheinfo.az

10Mənbələr