AZ

Qurbanlıq heyvanlar kəskin bahalaşdı -  QİYMƏTLƏR

Qurbanlıq heyvanların qiymətində kəskin artım müşahidə olunur.

“Sitat.info”nun əməkdaşı Binə qəsəbəsində yerləşən qoyun bazarında qiymətlərlə maraqlanıb.

Qurbanlıq heyvanlar diri çəki ilə satıldığından qiymətlər də heyvanın çəkisinə görə dəyişir. Hazırda bazarda heyvanın diri çəkisinin bir kiloqramı 11 manata təklif olunur.

Qeyd edək ki, qurbanlıq heyvanların yaşı ən azı 6 ay olmalıdır. Bu kateqoriyaya aid heyvanların çəkisi təxminən 30-32 kiloqramdan başlayır ki, bu da qiymətin minimum 330 manat olması deməkdir.

Qoçların diri çəkisinin kiloqramı isə 9-10 manatdan satışa çıxarılır.

Alıcıların sözlərinə görə, bazarda daha çox cavan heyvanlara üstünlük verilir, yaşlı heyvanlara isə maraq azdır.

Onlar bildirirlər ki, Qurban bayramı yaxınlaşdıqca qiymətlər daha da artacaq. Hazırda diri çəkinin kiloqramı 11 manata təklif olunsa da, bayram ərəfəsində bu rəqəmin 12-13 manata yüksələcəyi gözlənilir.

Satıcılar isə ötən illə müqayisədə qiymətlərdə kiloqram üzrə 1,5-2 manat artım olduğunu deyirlər. Onların sözlərinə görə, bahalaşma əsasən yem qiymətlərinin və logistik xərclərin artması ilə bağlıdır.

Səid
Sitat.info

 

Seçilən
37
2
sitat.info

3Mənbələr