"BOA Agency" ASC Ümumi Yığıncağının 10 aprel 2026-cı il tarixli qərarı ilə, 2026-cı ilin birinci rübü üzrə yaranmış 1 milyon 664 min 394,36 manat xalis mənfəət səhmdarlara dividend ödənilməsinə yönəldilib.
Marja xəbər verir ki, bunu "BOA Agency" şirkətinin direktoru Samir Mustafayev bildirib.
"BOA Agency" tərəfindən bəyan edilir ki, barəsində məlumat verilən bu fakt Cəmiyyətin səhmlərinin qiymətinə heç bir mənfi təsir göstərmir.