ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Pakistan ABŞ-ın "CBS News" telekanalının İran təyyarələrinin təhlükəsizliyini təmin etmək üçün Pakistana köçürülməsi ilə bağlı xəbərini “yanıltıcı və şişirdilmiş” adlandıraraq təkzib edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
"CBS News" mənbələrə istinadən bildirmişdi ki, İran mümkün ABŞ zərbələrindən qorunmaq məqsədilə hərbi və mülki təyyarələrini Pakistan və Əfqanıstana köçürə bilər. Məlumata görə, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən bəziləri İslamabadın cənubunda yerləşən Nuur Xan aviabazasında yerləşdirilib. Həmçinin İranın "RC-130" tipli kəşfiyyat təyyarəsinin də oraya göndərildiyi iddia olunurdu.
Pakistan XİN sosial "X" sosial şəbəksində yaydığı açıqlamada bu iddiaların “bölgədə sabitlik və sülh səylərini zədələməyə yönəlik əsassız fərziyyələr” olduğunu bildirib.
Nazirliyin məlumatına görə, ABŞ və İran arasında atəşkəs dövründə və İslamabadda keçirilən ilk danışıqlar mərhələsi zamanı bəzi İran və ABŞ təyyarələri diplomatik heyətlərin, təhlükəsizlik qruplarının və danışıqlarla bağlı administrativ personalın daşınması üçün Pakistana eniş edib. Bəzi təyyarələrin və texniki heyətin isə növbəti danışıqlar mərhələsinə qədər müvəqqəti olaraq ölkədə qaldığı qeyd olunub.
XİN vurğulayıb ki, hazırda Pakistanda olan İran təyyarələri yalnız atəşkəs dövründə ölkəyə gəlib və hər hansı hərbi razılaşma və ya təhlükəsizlik məqsədli tədbirlərlə əlaqəsi yoxdur. “Bunun əksini iddia edən açıqlamalar tamamilə əsassız və reallıqdan uzaqdır”, — deyə nazirlik bildirib.
Pakistan tərəfi həmçinin qeyd edib ki, ölkə daim regionda dialoq və gərginliyin azaldılması üçün neytral və konstruktiv vasitəçi rolunu oynayıb və bütün tərəflərlə şəffaf əməkdaşlıq edir.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.