Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının minaya düşməsi faktı araştırılır.
Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumatında deyilir ki, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.