AZ

Bakıda 2 qadın pəncərədən yıxıldı, biri öldü

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 10-u saat 17 radələrində 1989-cu il təvəllüdlü Aynur Alim qızı Səfərova yaşadığı Qaradağ rayonu Ələt qəsəbəsindəki evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Oxşar hadisə Nərimanov rayonunda qeydə alınıb. Mayın 11-i saat 12 radələrində 2005-ci il təvəllüdlü Nərmin Hikmət qızı Kərimova yaşadığı N.Nərimanov küçəsi ev 7 mənzil 11-in pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.

Dördüncü mərtəbədən yıxılan 21 yaşlı Nərmin xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
5
qafqazinfo.az

6Mənbələr