AZ

Rəsul Çunayevin anası ilə rəqsi gündəm oldu - Video

Tanınmış güləşçi Rəsul Çunayev müğənni Vüsal Əliyevin ad günü məclisində anası ilə etdiyi rəqsə görə diqqət mərkəzinə düşüb...

Poliqon xəbər verir ki, məclisdən yayılan görüntülərdə Rəsul Çunayevin anası ilə səmimi və enerjili rəqs performansı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan videoya çoxsaylı bəyəni və şərhlər gəlib.

İzləyicilər xüsusilə idmançının performansını yüksək qiymətləndiriblər. Görüntülər qısa zamanda sosial platformalarda yayılıb.

Qeyd edək ki, Rəsul Çunayev yunan-Roma güləşi üzrə Azərbaycanın tanınmış idmançılarından biridir. O, dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə edib.

Poliqon.info

Seçilən
37
1
poliqon.info

2Mənbələr