Almaniyanın şirkəti E.ON Böyük Britaniyadakı rəqibi "Ovo Energy"ni satın alacağını açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin açıqlamasına görə, satınalma prosesinin bu ilin ikinci yarısında tamamlanması gözlənilir.
"E.ON", "Ovo Energy"ni satın alması ilə ölkədəki ən böyük enerji təchizatçılarından birinə çevriləcək.
Sözügedən birləşmədən sonra şirkətin təxminən 9,6 milyon müştəriyə xidmət göstərməsi proqnozlaşdırılır.
Şirkətlər razılaşmanın detalları ilə bağlı açıqlama verməsə də, satınalmanın dəyərinin 600 milyon funt sterlinq olduğu təxmin edilir.
"E.ON"un Böyük Britaniya üzrə baş icraçı direktoru Chris Norbury satınalma ilə bağlı açıqlamasında bildirib ki, Böyük Britaniyanın enerji sistemini dəyişdirmək üçün bir fürsət yaranıb və qeyd edib: “Bu razılaşmanın mahiyyəti günəş enerjisi, batareyalar, elektrikli nəqliyyat vasitələri və bütün bunları uyğun şəkildə bir araya gətirmək üçün nəzərdə tutulmuş pərakəndə satıcı modelini və nəzarətin müştərilərdə olduğu bir sistemi ortaya çıxarmaqdır.”