AZ

Starmer ilə bağlı istefa iddialarıGÜNDƏMDƏ

Böyük Britaniyada Baş nazir Kir Starmer ilə bağlı istefa iddiaları gündəmdədir.

Redaktor.az bu haqda “The Guardian” qəzetinə istinadla məlumat verir. 

Məlumata görə, Leyborist Partiyasının yerli seçkilərdə zəif nəticə göstərməsindən sonra partiya daxilində narazılıq artıb.

Qeyd olunur ki, bəzi nazirlər və onlarla deputat Starmerin istefasını istəyir. Buna baxmayaraq, Starmer daha əvvəl verdiyi açıqlamada istefa verməyəcəyini bildirib. O, hökumətin bəzi səhvlərə yol verdiyini qəbul etsə də, Leyborist Partiyasının rəhbəri olaraq qalacağını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
15
redaktor.az

1Mənbələr