Qazaxıstanın Almatı şəhərində Mansur Mövlayevin həbs müddəti 2026-cı ilin iyul ayına qədər uzadılıb.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, Qazaxıstan onun şikayəti ilə bağlı mövqeyini 24 avqusta qədər BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim etməlidir.
Bildirilir ki, Almatı məhkəməsi 8 mayda məhkəməyəqədər həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
Mövlayevin tərəfdarları qeyd edir ki, BMT-nin İnsan Hüquqları Komitəsi əvvəllər onun işində müvəqqəti tədbirlər tətbiq edib - şikayətə baxılana qədər Qazaxıstana ərizəçinin vəziyyətinə təsir edə biləcək hərəkətlərdən çəkinmək tapşırılıb. Bundan əlavə, BMT-nin xüsusi məruzəçisi fəalın ekstradisiyası halında işgəncə, pis rəftar və məhkəmədənkənar edam riski barədə xəbərdarlıq edib.
Fevral ayının sonunda Qazaxıstan Mövlayevin sığınacaq xahişini təmin etməyib. O zaman dəstək qrupu bildirmişdi ki, "onun Rusiyada öldürülmə ehtimalı 100% təşkil edir".
Mövlayev Rusiyada "ekstremizmi maliyyələşdirmək" ittihamı ilə axtarışdadır.
Mövlayev əvvəllər narkotik ittihamı ilə iki il Rusiya həbsxanasında keçirib, lakin o, bu ittihamın siyasi fəallığı səbəbindən ona təzyiq göstərmək üçün istifadə edildiyini iddia edir. 2022-ci ildə azadlığa buraxıldıqdan sonra o, qaçırılıb və qanunsuz həbsxanada işgəncəyə məruz qalıb. 2023-cü ildə Mövlayev Qırğızıstana qaçmağı bacarıb və 2025-ci ilin may ayında Rusiyanın tələbi ilə Qazaxıstanda saxlanılıb.
Musavat.com