AZ

Trampın “qızıl viza” proqramına maraq zəif olub

İmmiqrasiya hüquqşünasları proqramın hüquqi risklərinə görə müştəriləri iştirakdan çəkindiriblər...

ABŞ Prezidenti Donald Trump administrasiyasının 2025-ci ilin dekabrında istifadəyə verdiyi “qızıl viza” proqramına gözləniləndən xeyli az müraciət daxil olub.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.

Məlumata görə, Donald Tramp tərəfindən varlı əcnəbilər üçün ABŞ vətəndaşlığına sürətli yol kimi təqdim edilən proqram çərçivəsində “qızıl viza” almaq üçün minimum 1 milyon dollar investisiya tələb olunur.

ABŞ administrasiyasının aprelin sonunda açıqladığı statistikaya əsasən, proqram üzrə ümumilikdə cəmi 338 müraciət qeydə alınıb. Müraciət edən şəxslərdən yalnız 165-i geri qaytarılmayan 15 min dollarlıq qeydiyyat rüsumunu ödəyib. Onlardan isə cəmi 59 nəfər növbəti mərhələyə keçərək ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə sənədlərini təqdim edib.

“The Washington Post” yazır ki, bir sıra tanınmış immiqrasiya hüquqşünasları müştərilərinə bu proqramda iştirak etməməyi tövsiyə edir. Hüquqşünasların fikrincə, proqram Konqres tərəfindən təsdiqlənmədiyi üçün gələcəkdə prezident sərəncamı ilə ləğv edilə bilər. Bundan əlavə, proqramın məhkəmə çəkişmələri ilə üzləşmək riski yüksək qiymətləndirilir.

Ekspertlər hesab edir ki, “qızıl viza” digər investor immiqrasiyası proqramları ilə müqayisədə əlavə vergi üstünlükləri də təqdim etmir. Bu səbəbdən bir çox potensial investor daha stabil və hüquqi baxımdan etibarlı mexanizmlərə üstünlük verir.

Nəşrin qeyd etdiyinə görə, proqramla işləmək istəməyən hüquqşünaslar arasında ABŞ-nin birinci xanımı Melania Trump və onun valideynlərinin ABŞ vətəndaşlığı almasına kömək etmiş tanınmış hüquqşünas Michael Wildes da var.

Poliqon.info

Seçilən
106
15
poliqon.info

10Mənbələr