AZ

Çaydanlardakı ərpdən qurtulmağın asan yolu Sadə həll

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Çaydanlarda gec-tez ərp əmələ gəlir. Daim istifadə və təmizlənməyə baxmayaraq, sərt su səbəbindən zamanla dibdə və divarlarda ağ rəngli çöküntü toplanır. Bu halda bir çox insan avtomatik olaraq sirkədən istifadə edir, lakin daha yaxşı bir üsul da mövcuddur. Demokrat.az "Kiskegyed" portalına istinadən xəbər verir ki, limon turşusu bir çox hallarda sirkədən daha effektiv təsir göstərir və üstəlik, kəskin və uzunmüddətli qoxu buraxmır. Bunun üçün çaynikdə suyu qaynadın, daha sonra 3-4 xörək qaşığı limon turşusu əlavə edin və qarışığı təxminən 10-15 dəqiqə saxlayın. Bundan sonra ərp nəzərəçarpacaq dərəcədə yumşalır, qalın təbəqə olduqda isə hətta hissə-hissə qopub düşə bilər.Məqalədə qeyd olunur ki, əgər ərp cihazda uzun müddət yığılıbsa, bir paket limon turşusu istifadə etmək məsləhətdir. Prosedurdan sonra çaynik sadəcə təmiz su ilə yaxalanır və istifadəni davam etdirmək mümkündür. Bu üsulun ən böyük üstünlüklərindən biri sirkədən fərqli olaraq cihazı dəfələrlə qaynatmağa və ya havalandırmağa ehtiyac olmamasıdır.Mütəxəssislər həmçinin vurğulayırlar ki, ən vacib məqamlardan biri mütəmadiliyə riayət etməkdir. Əgər çaynik hər iki həftədən bir təmizlənərsə, ərp daha yavaş yığılır və cihaz daha uzun müddət xidmət göstərir. Bundan əlavə, çaynikdə suyun gecə boyu saxlanmaması və gündəlik istifadədə filtrlənmiş sudan istifadə edilməsi tövsiyə olunur.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr