Cənubi Koreyada humanoid robot rahib oldu.
Medicina.az xəbər verir ki, Seuldakı Çoqye Məbədində ilk dəfə humanoid robotun iştirak etdiyi qeyri-adi Buddist mərasimi keçirilib. O, Buddaya xidmət üçün and içərək rahib olub.
130 santimetr hündürlüyündə olan robot ənənəvi boz-qəhvəyi Buddist paltarları geyinmişdi. O, rahiblərin qarşısında dayanaraq and içib.Ritual zamanı robot əllərini çarpazladı, baş əydi və rahiblərin suallarını cavablandırdı, Buddaya və onun təlimlərinə xidmət etməyə hazır olduğunu təsdiqlədi.
Cənubi Koreyanın ilk humanoid robot rahibi Buddanın doğum günündən əvvəl Seuldakı Çoqye Məbədində debüt etdi.
"Özünüzü müqəddəs Buddaya həsr edəcəksinizmi?" deyə rahiblərdən biri soruşdu.
"Bəli, özümü müqəddəs Buddaya həsr edəcəyəm"- robot cavab verdi.
Həyata hörmət etmək, başqalarına zərər verməmək, insanlara itaət etmək, fırıldaq etməmək və enerjiyə qənaət etmək də daxil olmaqla, beş əsas Buddist qaydası da robot üçün uyğunlaşdırıldı. Ona şəfqət simvolu olan Qabi adı verildi.
The Korea Times qəzetinin məlumatına görə, təşkilatçılar bu tədbiri insanlarla robotların gələcək birgə yaşayışına doğru bir addım hesab edirlər.
Aygün Musayeva
