AZ

Arda Turan “Şaxtyor”la tarixə düşdü

Bu, bir il əvvəl “Şaxtyor”un baş məşqçisi vəzifəsinə keçən Arda Turan üçün də əlamətdar hadisədir. O, Avropa ölkələrinin yüksək liqalarında çempionluq sevincini yaşayan ikinci türk məşqçi oldu.

Yada salaq ki, ilk dəfəMurat Yakın 2013 və 2014-cü illərdə “Bazel”in baş məşqçisi kimi iki dəfə İsveçrə çempionu kubokunu başının üzərinə qaldırmışdı. Türk əsilli İsveçrə vətəndaşı olan Yakının rəhybərliyi altında 2012-2013-cü il mövsümündə “Bazel” UEFA Avrupa Liqasının fınalına qədər yüksəlsə də, sonda “Çelsi”yə məğlub olmuşdu.

Arda Turan 2025-ci ilin 1 iyulundan “Şaxtyor”a rəhbərlik edir. Komandası ilə birlikdə çıxdığı 48 oyunun 30-da qələbə qazanıb, 11 heç-heçə və 7 məğlubiyyətlə üzləşib.

O həmçinin UEFA Konfrans Liqasında yarımfinala yüksəlməyi bacaran 5-ci türk məşqçidir. Buna daha öncə Adnan Süvari, Mustafa Denizli, Fatih Terim və Aykut Kocaman nail olublar.

Samir Quliyev
AzVision.az
Seçilən
56
1
azvision.az

2Mənbələr