ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mütəxəssislərin sözlərinə görə, ekranların özü görmədə geri dönməz pozulmaya səbəb olmur, lakin mövcud problemləri gücləndirə və göz narahatlığını artıra bilər.Demokrat.az xəbər verir ki, bu barədə “Evolving Eyes” ekspertləri məlumat yayıb.Mütəxəssislərin fikrincə, uşaqlar və böyüklər üçün görməyə ən çox təsir edən amillərdən biri uzun müddət ekran qarşısında qalmaqdır. Smartfon və noutbuk ekranlarına fokuslanarkən gözlər piksel quruluşuna uyğunlaşmağa çalışdığı üçün əlavə yük yaranır. Ekranların təsvir keyfiyyəti artdıqca bu təsir qismən azalır.Bununla yanaşı, ekranlardakı əks olunmalar və işıq parlamaları da əlavə gərginlik yaradır. Bu, gözlərin daim fokus və kontrastı yenidən tənzimləməsinə səbəb olur və görmə sistemi daha çox işləyir.Mütəxəssislər bildirir ki, bu proses birbaşa görmənin geri dönməz şəkildə pozulmasına səbəb olmur. Lakin uzunmüddətli göz yorğunluğu “quru göz sindromu” riskini artıra bilər. Bu halda gözlər daha tez yorulur, müxtəlif məsafələrə uyğunlaşma çətinləşir və müvəqqəti bulanıqlıq yarana bilər.Eyni istifadə müddəti nəzərə alındıqda, smartfon ekranı gözlərə daha çox yük verir. Bunun əsas səbəbi cihazın gözlərə daha yaxın məsafədə tutulmasıdır.Kağız kitablarla oxu zamanı əsas problem işıqlandırma ilə bağlıdır. Zəif işıq gözlərin daha çox gərgin işləməsinə səbəb olur. Bundan əlavə, insan az işıqda daha az göz qırpdığı üçün müvəqqəti quruluq yarana bilər.Mütəxəssislər qeyd edir ki, istər ekran, istər kağız kitab olsun, əsas risk fasiləsiz və uzunmüddətli oxu prosesidir. Davamlı fokuslanma göz yorğunluğunun əsas səbəblərindən biridir.Görmə yorğunluğunun qarşısını almaq üçün 20–20–20 qaydası tövsiyə olunur: hər 20 dəqiqədən bir 20 saniyə ərzində 5–10 metr məsafədə yerləşən bir obyektə baxmaq lazımdır. Bu, gözlərin rahatlamasına və yorğunluğun azalmasına kömək edir.Nəticə olaraq, həm ekran qarşısında işləyərkən, həm də kitab oxuyarkən müntəzəm fasilələr vermək və baxış fokusunu dəyişmək görmə sağlamlığı üçün vacib hesab olunur.Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.