AZ

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Rusiyanın Krasnoyarsk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert olub.

Konsert Azərbaycanın Rusiyadakı səfirliyinin, Yekaterinburqdakı baş konsulluğun, Krasnoyarsk diyarı qubernatoru administrasiyası və hökumətinin dəstəyi ilə təşkil olunub.

Konsert proqramını “Odlar Yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı təqdim edib.

Qala gecəsinin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Heydər Əliyevin həyatı, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki rolu, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafı barədə danışıb.

Tədbirdə Krasnoyarsk diyarının mədəniyyət naziri Arkadi Zinov, Rusiya Xarici İşlər Nazirliyinin Krasnoyarskdakı nümayəndəsi vəzifəsini icra edən Denis Makin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Seçilən
16
xalqqazeti.az

1Mənbələr