Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Mənim qəlbimdə iki Heydər Əliyev yaşayır: biri sovet dövründə sənət adamlarına dəstək olan, onlara məsləhətlər verən Heydər Əliyev, digəri isə müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev".
Baku TV-nin məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışarkən deyib.
Ulu öndərin sənətə yüksək qiymət verdiyini vurğulayan Xalq artisti sözlərinə əlavə edib:
"Heydər Əliyev hakimiyyətə qayıdandan sonra yeni bir komanda yığıldı. Mənə də təklif olundu ki, bu komandada onunla işləyim. 10 il onun mədəniyyət naziri olmuşam. Heydər Əliyev sənəti bilirdi və sevirdi. Milli musiqini də dərindən bilirdi, klassik musiqini də".
Polad Bülbüloğlu işğal dövründə Şuşadan oğurlanmış və güllələnmiş abidələrin ölkəyə qaytarılmasında Heydər Əliyevin rolu ilə bağlı da danışıb:
"Bundan xəbər tutanda birinci növbədə ulu öndərimizə məruzə etdim. Dərhal dedi ki, nəyin bahasına olur-olsun bu abidələri qaytarmalıyıq. Lazımi göstərişləri verdi və nə qədər çətin olsa da, onları geri qaytara bildik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.