Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hollivud dünyasının "tez alışıb, tez sönən" münasibətlərinə baxmayaraq, ən sabit cütlüklərdən biri hesab olunan Katerin Zeta Cones və Maykl Duqlas 25 illik evliliklərini davam etdirirlər. İki övladlarını birlikdə böyüdən cütlüyün uşaqları artıq yetkinlik yaşına çataraq öz həyatlarını qurmağa başlayıb.Demokrat.az xəbər verir ki, zaman-zaman evliliklərinin üzərində qara buludların dolaşdığı iddia edilsə də, cütlük bu çətinlikləri geridə qoymağı bacarıb. Hazırda isə onların İtaliyanın paytaxtı Romada yeni bir ev aldıqları məlum olub.Uels əsilli aktrisa Katerin Zeta Cones və amerikalı aktyor Maykl Duqlas 2000-ci ildə Nyu-Yorkda təmtəraqlı bir mərasimlə evləniblər. 56 yaşlı Zeta Cones və 81 yaşlı Duqlas bir müddət boşanma iddiaları ilə gündəmə gəlmişdi. İddialara görə, onların 25 yaş fərqi münasibətlərinə təsir göstərirdi.Son iki ildə “boşanırlar” xəbərləri tez-tez yayılsa da, cütlük bu iddiaları təsdiqləməyib. Məlumata görə, onların həyat tərzindəki fərqlər - Duqlasın daha sakit, Zeta Conesin isə daha aktiv həyat seçməsi - bu şayiələrin yayılmasına səbəb olub. Aktrisa çəkilişlər üçün müxtəlif ölkələrə gedərkən, Duqlas daha çox Mayorkadakı evində vaxt keçirir.Son məlumatlara əsasən, Katerin Zeta Cones həyat yoldaşı üçün Romada yerləşən bir penthaus mənzil alıb. Bu mənzil üçün milyonlarla funt-sterlinq ödənildiyi bildirilir. Aktrisa yalnız mənzili almaqla kifayətlənməyib, onun təmiri üçün də ciddi məbləğ xərcləyib.Duqlas bu evi ilk dəfə keçən həftə görüb. Bildirilir ki, cütlük həmin mənzildə birlikdə yaşayacaq.Mənzili gəzən cütlük daha sonra Romada tanınmış bir restoranda şam yeməyinə çıxıb və spagetti yeyiblər. Onların birlikdə əl-ələ gəzintisi münasibətlərinin davam etdiyinə dair görüntü kimi qiymətləndirilib.Zeta Cones və Duqlasın ABŞ, Bermud, İspaniya və Kanada daxil olmaqla müxtəlif ölkələrdə milyon dollarlıq daşınmaz əmlakları da mövcuddur.Maykl Duqlas daha əvvəl keçmiş həyat yoldaşı Diandra ilə boşanarkən 70 milyon dollar təzminat ödəyib. Katerin Zeta Cones ilə evliliyindən isə Dalan və Karis adlı iki övladı var. Cütlük 25 illik evliliklərini davam etdirərək Hollivudda ən uzunmüddətli münasibətlərdən birini qorumaqda davam edir.Jalə
Demokrat.az



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.