AZ

Zaldakı səs küy Makronu qəzəbləndirdi İştirakçılara müraciət etməli oldu

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron Keniyada keçirilən "Afrika İrəli" sammitində tədbir iştirakçılıarı ilə problem yaşayıb.

Zaldakı səs-küydən və iştirakçıların natiqləri dinləyə bilməməsindən qəzəblənən Makron protokol qaydalarını pozaraq mikrafonu götürüb və izləyiciləri müraciət edib.

"Hər kəsdən üzr istəyirəm, amma bu qədər səs-küylə mədəni məsələlərdən danışmaq mümkün deyil. Bu, tamamilə hörmətsizlikdir. Mənim təklifim budur ki, başqa şeylər haqqında danışmaq istəyirsinizsə, gedə bilərsiniz. Burada qalmaq istəyirsinizsə, natiqləri dinləyəcəyik və hamımız eyni qaydalara əməl edəcəyik. Təşəkkür edirəm", -deyə Makron bildirib.

Fransa liderinin bu addımı sosial şəbəkələrdə də böyük marağa səbəb olub.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
azpolitika.info

1Mənbələr