AZ

“Mustafa əsas transfer hədəflərimizdən biri idi”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Mustafa Sekin transfer olunmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu deyib:

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
futbolpress.az

1Mənbələr