AZ

Finlandiya Prezidenti: “Avropa artıq Rusiya ilə birbaşa danışmalıdır”

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ-nin siyasəti Avropanın maraqlarına cavab vermədiyi üçün Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır.

O, bu barədə İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində danışıb.

“Əgər ABŞ-nin Rusiya və Ukrayna ilə bağlı siyasəti Avropanın maraqlarına uyğun deyilsə, məncə, biz birbaşa dialoqa başlamalıyıq. Bəli, artıq Rusiya ilə danışmağın vaxtıdır”, — deyə Aleksandr Stubb vurğulayıb.

Onun sözlərinə görə, bunun nə vaxt baş verəcəyini bilmir, lakin Avropa liderləri artıq Rusiya ilə mümkün danışıqlar məsələsini müzakirə ediblər.

Finlandiya prezidenti əlavə edib ki, gələcək dialoqun formatı hələ müəyyənləşməyib. Avropa ya bir xüsusi nümayəndə, ya da bir qrup lider vasitəsilə təmsil oluna bilər.

Mövsüm,

AzNews.az

Seçilən
35
aznews.az

1Mənbələr