AZ

Fidan Qətərdə Hörmüz boğazını müzakirə edəcək

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı Qətərə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Hakan Fidan səfər zamanı regional gərginlik fonunda Türkiyənin Qətərə dəstəyini bir daha təsdiqləyəcək.

Qeyd olunub ki, Türkiyə XİN başçısı sonuncu dəfə mart ayında Dohada səfərdə olub. O, son günlər İranın xarici işlər naziri Abbas Araqçı ilə də iki dəfə telefon danışığı aparıb.

Səfər çərçivəsində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Türkiyə tərəfi bu marşrutun regional sabitlik və qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət daşıdığını vurğulayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
modern.az

1Mənbələr