AZ

Nərgiz Məhəmmədi zaminə buraxıldı – Tehranda müalicə alacaq


İnsan hüquqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmadi səhhəti ilə bağlı problemlər fonunda zaminə buraxılıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ailəsi tərəfindən idarə edilən Nərgiz Məhəmmədi fondundan məlumat verilib.
Məlumata görə, o, tibbi müalicə almaq üçün İranın paytaxtı Tehrandakı Pars xəstəxanasına köçürülüb.
Fondun açıqlamasında bildirilir ki, Məhəmmədiyə girov müqabilində cəzasının müvəqqəti olaraq təxirə salınması qərarı verilib.
Fond onun zaminə buraxılması və ya cəzasının təxirə salınması barədə heç bir detal açıqlamayıb.
Nərgiz Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani də sosial media səhifəsində onun Tehrana köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, mart ayında Məhəmmədinin səhhətinin son dərəcə pis olduğu, şübhəli infarkt keçirdiyi və ixtisaslaşmış tibbi yardımdan məhrum edildiyi barədə məlumatlar yayılmışdı.
Seçilən
93
yeniavaz.com

1Mənbələr