Pekin, 11 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ölkələri arasında münasibətlər, dünya sülhü və inkişafı ilə bağlı əsas məsələlər barədə dərin fikir mübadiləsi aparacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun media brifinqində Prezident Donald Trampın Çinə planlaşdırılan səfəri ilə bağlı suala cavab olaraq bildirib.
XİN rəsmisi deyib ki, Çin əməkdaşlığı genişləndirmək, fikir ayrılıqlarını idarə etmək, qarışıq və dəyişən dünyaya daha çox sabitlik və əmin-amanlıq təmin etmək üçün ABŞ ilə bərabərlik, hörmət və qarşılıqlı fayda ruhunda işləməyə hazırdır.
Qeyd edək ki, Donald Tramp mayın 13-15-də Çində rəsmi səfərdə olacaq. Bu, ABŞ Prezidentinin Çinə 9 ildən sonra ilk, həm də Donald Trampın Birləşmiş Ştatların dövlət başçısı vəzifəsində həmin ölkəyə 2-ci səfəri olacaq. Trampın ilk Çin səfəri onun əvvəlki prezidentliyi dövründə, yəni, 2017-ci ildə olub.