AZ

“Bakı–Xankəndi” veloyarışının II mərhələsinin qalibi müəyyənləşib

“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsinə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, velosipedçilər “Sea Breeze”dən İsmayıllıya qədər uzanan 193,3 kilometrlik marşrut üzrə mübarizə aparıblar.

II etapın qalibi Qazaxıstanın “XDS Astana” komandasının üzvü Yevgeni Fyodorov olub. İtaliyanın “Solution Techs NIPPO Rali” klubunun isveçrəli təmsilçisi Aleksandr Balmer finişə ikinci çatıb. İlk üçlüyü isə İspaniyanın “Burqos Burpellet BH” komandasının uruqvaylı velosipedçisi Erik Antonio Fakundes tamamlayıb.

Mərhələ mürəkkəb profili ilə yadda qalıb. Belə ki, marşruta 3 dağ yoxuşu və 2 sprint təsnifatı daxil edilib.

Xatırladaq ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko qalib gəlmişdi.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.

Qeyd edək ki, “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışına mayın 14-də yekun vurulacaq.

Seçilən
37
8
90deqiqe.az

10Mənbələr