AZ

“Bakı–Xankəndi” veloyarışının II mərhələsinə start verilib

“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, velosipedçilər bu gün “Sea Breeze”dən start götürərək İsmayıllıya qədər 193,3 kilometrlik məsafədə mübarizə aparacaqlar.

II etap marşrutun mürəkkəbliyi ilə seçilir. Yarış proqramına 3 dağ yoxuşu və 2 sprint təsnifatı daxil edilib ki, bu da iştirakçılar arasında rəqabəti daha da artırır.

Xatırladaq ki, yarışın ilk mərhələsinin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.

Qeyd edək ki, “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışına mayın 14-də yekun vurulacaq.

Seçilən
24
90deqiqe.az

1Mənbələr