AZ

"Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi start götürür

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakıda start götürməklə və Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq II etap 193,2 kilometr məsafəni əhatə edəcək.

Ötən gün birinci mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 min avrodan çoxdur. 

Yarışa mayın 14-də Xankəndində yekun vurulacaq.

Seçilən
15
fanat.az

1Mənbələr