AZ

"Şamaxı"nın legionerinin durumu bəlli oldu

"Şamaxı"nın müdafiəçisi David Santosun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bölgə klubunun üzvü əməliyyat ediləcək.

Braziliyalı futbolçunun diz bağları qopub və buna görə də əməliyyata ehtiyac duyulub.

Onun təxminən 5-6 aydan sonra yaşıl meydanlara qayıdaraq, yüngül məşqlər edə biləcəyi ehtimal olunur.

Santos Misli Premyer Liqasının 30-cu turunun "Sabah"la(0:3) görüşündə zədələnmişdi. 

Əlavə edək ki, Santosun “Şamaxı” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

saytlarin hazirlanmasi

Seçilən
36
3
sportal.az

4Mənbələr