Misli Premyer Liqasının 31-ci turu yarımmüdafiəçi Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. "Karvan-Yevlax"la görüşdə (1:0) start "11-lik"də yer alan və sonadək mübarizə aparan Rəhim 200 oyunda 31 qolla yadda qalıb.
Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, "Sumqayıt"da 82 (17 qol), "Zirə"də 70 (10 qol), "Turan Tovuz"da 48 (4 qol) görüşə çıxıb.