AZ

​Ukrayna şəhərlərinə zərbələr Ölənlər var...

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş üçgünlük atəşkəs razılaşmasına baxmayaraq, cəbhə xəttində və yaşayış məntəqələrində gərginlik davam edir. Son sutka ərzində Rusiya ordusunun Ukraynanın müxtəlif vilayətlərinə endirdiyi zərbələr nəticəsində dinc sakinlər arasında itkilər qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın regional administrasiyaları və Baş Qərargahı məlumat yayıb. Atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ukraynanın bir neçə bölgəsi intensiv atəşə tutulub.

Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, rusların hücumu nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun sözlərinə görə, yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində 5 mülki şəxs yaralanıb.

Dnepropetrovsk vilayətində isə Nikopol rayonu dron hücumlarına məruz qalıb. Dağıntılar qeydə alınsa da, can itkisi barədə məlumat verilmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 11 may səhər hesabatına əsasən, cəbhədə aktiv hərbi əməliyyatlar səngimir. Son 24 saatda 180-ə yaxın döyüş toqquşması baş verib. Ən ağır döyüşlərin Pokrovsk, Qulyaypol və Liman istiqamətlərində getdiyi bildirilir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
azpolitika.info

1Mənbələr