AZ

"Fənərbaxça" "Roma"nın müdafiəçisi ilə maraqlanır

"Fənərbaxça" yayda heyətini ispan futbolçu ilə gücləndirə bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma”nın müdafiəçisi Mario Hermosoya maraq göstərir. Hətta “Fənərbaxça”nın rəsmilərinin Hermosonun təmsilçisi ilə danışıqlara start verdiyi də bildirilir. 

"Real"ın(Madrid) yetirməsi olan Mario əsas komandada oynamayıb. O, “Valyadolid”, “Espanyol”, “Atletiko”(Madrid), “Roma” və “Bayer”(Leverkuzen) klublarında forma geyinib.

"Roma" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədər olan 30 yaşlı futbolçu Türkiyəyə yollanmağa hazırdır. 

 

saytlarin hazirlanmasi

Seçilən
13
1
sportal.az

2Mənbələr