AZ

Almaniyanın müdafiə nazirinin Kiyevə gözlənilməz səfəri – Pistoriusla nələr razılaşdırılacaq?

Almaniyanın müdafiə naziri Boris Pistorius əvvəldən elan olunmadan – gözlənilməz şəkildə Kiyevə səfər edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə DPA agentliyi məlumat verib.

Bildirilib ki, Pistorius Ukrayna hakimiyyəti ilə silahlanma sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək.

Qeyd olunub ki, onun səfəri təhlükəsizlik səbəblərindən öncədən elan edilməyib.

“Almaniya və Ukrayna strateji tərəfdaşlardır və əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Bu, çox sayda yeni layihələrin həyata keçirilməsi üçün imkanlar açır. Əsas diqqət bütün əməliyyat radiuslarında, xüsusən də dərin zərbələrin vurulması imkanlarının təmin edilməsi sahəsində qabaqcıl pilotsuz sistemlərin birgə inkişafına yönəlib”, – deyə nazir bildirib.

Boris Pistorius həmçinin əlavə edib ki, Almaniya və Ukrayna birgə müəssisələr yaratmağa və innovativ həllər hazırlamağa səy göstərirlər.

Seçilən
45
editor.az

1Mənbələr