AZ

Tramp varisini axtarır 2028 ci il üçün şok sorğu: Vens, yoxsa Rubio?

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın hazırkı lideri Donald Trampın özündən sonra prezident kürsüsünə kimi gətirmək istədiyi ilə bağlı Amerika mətbuatında səs-küylü məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, "New York Times" (NYT) qəzetinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, Tramp tez-tez dostları və rəsmi şəxslər arasında "2028-ci ildə prezidentliyə kimi irəli sürək-Cey Di Vensi, yoxsa Marko Rubionu?" sualı ilə qeyri-rəsmi sorğu keçirir.Qəzet yazır ki, Tramp bu iki iddialı siyasətçinin potensialını daim tərəziyə qoyur və ətrafının bu barədə fikirlərini öyrənir. Bununla belə, Amerika liderinin müşavirləri bildirirlər ki, Tramp üçün bu, sadəcə maraqlı bir mövzu və "siyasi oyun"dur. Onların sözlərinə görə, 2028-ci il seçkiləri hazırda prezidentin gündəmindəki prioritet məsələlər siyahısına daxil deyil. Lakin ekspertlər hesab edirlər ki, vitse-prezident Vens və dövlət katibi Rubio arasında gedən bu gizli rəqabət Ağ Ev daxilindəki güc balansına ciddi təsir göstərə bilər.

Trampın bu cür sorğular keçirməsi onun gələcək üçün siyasi varis hazırlamaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Respublikaçılar partiyası daxilində isə artıq indidən bu iki fiqur ətrafında qütbləşmənin başladığı müşahidə olunur. Hər iki namizədin həm partiya daxilində, həm də seçicilər arasında nüfuzunu artırmaq üçün Trampın "xeyir-duasını" almağa çalışdığı bildirilir. NYT-nin bu iddiası Vaşinqtonun siyasi dairələrində böyük rezonans doğurub. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr