Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Kaja Kallas bildirib ki, Rusiyanın Avropa ölkələrindəki təsiri yenidən artmaqdadır. Bu artım, Venesiya Biennalesi (beynəlxalq incəsənət sərgisi/festivalı) kimi beynəlxalq tədbirlərdə Rusiyanın iştirakının davam etməsi ilə əlaqələndirilir.
Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Avropa İttifaqı xarici işlər nazirlərinin görüşünə qatıldıqdan sonra səsləndirib.
Kallasın sözlərinə görə, Rusiya idmançıları yenidən beynəlxalq yarışlara “sanki heç nə baş verməyibmiş kimi” qatılır və bu da Rusiyanın Avropadakı mövqeyinin bərpasına xidmət edir. O, həmçinin Venesiya Biennalesində Rusiyanın iştirakını buna nümunə kimi göstərib.
Bundan əvvəl Avropa Komissiyası biennale təşkilatçılarına Rusiyanın iştirakdan çıxarılması ilə bağlı rəsmi müraciət göndərmişdi. Lakin bu tələb qəbul olunmadıqdan sonra Komissiya təşkilata ayrılmış 2 milyon avro məbləğində qrantı ləğv edib.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.