AZ

“Turan Tovuz” Konfrans Liqası oyunlarını Tovuzda keçirmək istəyir – Çalışmalar başlayıb 

“Turan Tovuz” Konfrans Liqası təsnifat mərhələsi oyunları Tovuzda keçirmək istəyir.

İdmanxeber.az-a verilən məlumata görə, artıq bu istiqamətdə işlər başlanılıb. Qonaq azarkeşlər üçün xüsusi qapı açılır, media sektoru genişləndirilir, yeni oturacaqlar quraşdırılır, digər zəruri tələbələr yerinə yetirilir.

“Turan Tovuz” rəhbərliyi stadionun tam olaraq 2-ci kateqoriya alması üçün əlindən gələn hər şeyi edəcək. Hazırda da mövsüm davam etməsinə baxmayaraq bütün sahələrdə iş gedir.

Xatırladaq ki, UEFA-nın 2-ci kateqoriyalı stadionlarında I və II təsnifat mərhələsinin oyunlarını keçirmək mümkündür.

Əlavə edək ki, Azərbaycan Kubokunu “Sabah” qazanarsa ,“Turan Tovuz” Konfrans Liqasında ikinci mərhələdən mübarizəyə başlayacaq.

Seçilən
45
idmanxeber.az

1Mənbələr