AZ

Qəbrinə yazılmış söz aranı qatdı

“Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan “Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələrə münasibət bildirmək istəyirəm. Arif müəllim 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adı alan ilk şəxs olub. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adına layiq görülən ilk sənətkardır”.

Publika.az xəbər verir ki, bu fikirləri Prof. Dr. Zaur Aliyev səsləndirib.

O, xüsusilə qeyd edib ki, Arif müəllim 1996-cı ildə bu adı almaqla muğam ifaçılığının akademik elm kimi rəsmiləşdirilməsində mühüm rol oynayıb:

“Bu, akademik standartlara uyğun sənədləşdirilmiş ilk rəsmi addım hesab olunur.

Bu baxımdan qəbirüstü abidədə yazılan ifadə tam doğrudur. Bunun ətrafında müzakirə yaratmağın mənası yoxdur.

Seçilən
47
publika.az

1Mənbələr