Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, sözügedən komanda 12-ci turda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb və 0:3 heabı ilə uduzub.
Nəriman Axundzadə matçın 79-cu dəqiqəsində - bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.
“Kolambus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 12-ci yerdədir.