Antarktidadakı şelf buzlaqları alimlərin gözlədiyindən daha sürətlə əriyə bilər.
Publika.az "RİANovosti"yə istinadən xəbər verir ki,bu barədə yeni elmi araşdırmada bildirilib.
Tədqiqatın nəticələri milyonlarla insan üçün ciddi təhlükə yarada biləcək ssenarini ortaya qoyub.
Araşdırmanın rəhbərlərindən biri olan Çin Çjou bildirib ki, əsas qlobal nəticə dəniz səviyyəsinin daha sürətli yüksəlməsi olacaq: “Antarktida gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbəni özündə saxlayır”.
Alimlərin sözlərinə görə, Antarktidadakı şelf buzlaqları zəifləyir və ya dağılmağa başlayarsa, hazırda buz qalxanı tərəfindən saxlanılan nəhəng buz kütlələri okeana qarışacaq. Bu isə dünya okeanının səviyyəsinin kəskin artmasına səbəb ola bilər.