AZ

Böyük yaşıl Çin səddi

1950-ci illərdə Çində urbanizasiya başlayandan sonra səhranın böyüməsi daha da sürətləndi. Qum fırtınaları torpağı dağıdır və qumluğa çevirirdi.


Bunun qarşısını almaq üçün 1978-ci ildə Çün xüsusi bioloji mühəndislik proqramına start verdi. “Böyük Yaşıl Sədd” adı ilə tanınan proqram 2050-ci ilə qədər Təklə-Məkan və Qobi səhralarının ətrafında milyardlarla ağacın əkilməsini nəzərdə tuturdu. Artıq proqram çərçivəsində 66 milyard ağac əkilib. Onların bəziləri hətta meyvə də verir.

2024-cü ildə Təklə-Məkanın bitkilərlə çevrələnməsi başa çatdı. Nəticədə səhranın böyüməsi dayandı və qum təpələrinin hərəkəti sabitləşdi. Ölkədə meşələrin sahəsi isə 1949-cu ildəki 10%-dən 25%-ə qədər yüksəldi.


Hazırda Təklə-Məkanın ərazisi atmosferə buraxdığı karbon qazından daha çoxunu udur. Yəni səhra havanı təmizləyən sahəyə dönüb.

Tariyel Həsənov
AzVision.az
Seçilən
49
3
azvision.az

4Mənbələr