ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 15-dək China səfər edəcək.
Gununsesi.info xarici meidaya istinadən xəbər verir ki, Səfərin tarixini Çin tərəfi rəsmi şəkildə açıqlayıb.
Məlumata görə, Tramp çərşənbə günü Çinə gələcək. Cümə axşamı onun Xi Jinping ilə görüşü keçiriləcək. Görüşdən sonra liderlər Səma Məbədini ziyarət edəcək, axşam isə dövlət ziyafətində iştirak edəcəklər.
Səfərin son günü işçi naharın keçirilməsi nəzərdə tutulur. Daha sonra Donald Tramp ABŞ-a qayıdacaq.Bildirilir ki, danışıqlarda əsas mövzulardan biri İran ətrafında yaranmış gərginlik olacaq.
Trampın Si Cinpinlə görüşdə Çinin İrana və Rusiyaya dəstəyinin məhdudlaşdırılması məsələsini qaldıracağı gözlənilir.
ABŞ tərəfinin xüsusilə ikili təyinatlı hissələrin verilməsi və mümkün silah göndərişi ilə bağlı narahatlığını diqqətə çatdıracağı qeyd olunur.
Günay
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.