AZ

“Kəpəz”də portuqaliyalı baş məşqçi? – Danışıqlar başlayır 

“İmişli”dən ayrılacağı gözlənilən baş məşqçi Jorje Kaşkilya karyerasını Azərbaycanda davam etdirə bilər. İddiaya görə, portuqaliyalı mütəxəssis “Kəpəz”in hədəfindədi.

Gəncə təmsilçisi təcrübəli çalışdırıcını  komandanın başına gətirməyə müsbət yanaşır. Azər Bağırovla yolları ayırmağa hazırlaşan “sarı-göylər”də Kaşkilya namizədlər siyahısında ilk siralardadır.

Yaxın vaxtlarda tərəflər arasında danışıqların başlayacağı gözlənilir. 

Xatırladaq ki, İmişli təmsilçisi cari mövsüm komandanı Premyer Liqada saxlamağı bacaran mütəxəssislə vidalaşır. Tərəflərin maliyyə məsələsində anlaşa bilmədiyi bildirilir.

İdmanxeber.az 

Seçilən
54
idmanxeber.az

1Mənbələr