AZ

Yayda meydanı tərk edəcək

Niklas Züle karyerası ilə bağlı vacib qərar verib. O, yayda yaşıl meydanı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu bu qərarı 30 yaşında verib. Almaniyalı futbolçu aprelin 18-də “Hoffenhaym”a 1:2 hesabı ilə uduzduqları matç zamanı dizindən zədə almasından sonra belə qənaətə gəlib.

Müdafiəçi bu haqda klubun saytına açıqlamasında belə deyib:

“Karyeramı başa vurduğumu elan etmək istəyirəm. “Hoffenhaym”la oyundan sonra həkimimiz paltardəyişmə otağında məni müayinə etdi, fizioterapevtə baxdı və başını yellədi. Duşa girdim və təxminən 10 dəqiqə ağladım. Düşündüm ki, vəziyyət çox pisdi. Ertəsi gün MRT müayinəsinə getdim və xoş xəbər aldım. Mənə 1000 faiz aydın oldu ki, artıq özümü riskə atmamalıyam. Budu, hər şey bitdi. Yaşamaq, tətilə getmək, uşaqlarımla vaxt keçirmək şansını gözləyərkən 3-cü dəfə açıq diz zədəsindən daha pis bir şey təsəvvür edə bilməzdim”.

Niklas karyerası ərzində “Hoffenhaym” və “Bavariya”da da oynayıb. Almaniya yığmasında 49 oyuna 1 qol vurub. Onun “Bavariya” ilə Çempionlar Liqası da daxil olmaqla 14 turniri qalibi olduğunu da xatırladaq.
Seçilən
16
1
football-plus.az

2Mənbələr