AZ

“ABŞ İranın uranını götürə bilməz” - Rusiyalı senator Trampa CAVAB

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov bildirib ki, ABŞ İranın razılığı olmadan zənginləşdirilmiş uranı müsadirə edə bilməz.

Redaktor.az xəbər verir ki, senator bu barədə öz teleqram kanalında paylaşım edib.

Puşkov qeyd edib ki, hərbi əməliyyatlar şəraitində nüvə materiallarının təhlükəsiz şəkildə çıxarılması və daşınması praktiki olaraq mümkün deyil.

“Bu, həddindən artıq özünəinamlı səslənir. Belə bir addım üçün sülh şəraiti, zənginləşdirilmiş uranın təhvil verilməsi ilə bağlı razılaşma, MAQATE ilə detallı fəaliyyət planı və İranın tam razılığı tələb olunur. Bu şərtlərin heç biri hazırda mövcud deyil”, - deyə o vurğulayıb.

Senator əlavə edib ki, ABŞ vəziyyətə nəzarət etməyə çalışsa da, Tehranın razılığı olmadan İranın nüvə materiallarını çıxarması mümkün deyil.

Puşkov bununla ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında artan gərginlik beynəlxalq diplomatik münasibətləri daha da mürəkkəbləşdirə bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
82
1
redaktor.az

2Mənbələr