AZ

UFC dəki döyüşə görə 2 nəfər intihar edib

ain.az bildirir, Modern.az portalına istinadən.

Özbəkistanda iki nəfər çeçen döyüşçü Həmzət Çimayevin Şon Striklanda məğlub olmasından sonra intihar ediblər.

Modern.az Özbəkistan mediasına əsasən xəbər verir ki, buna səbəb Çimayevin qələbəsinə böyük məbləğdə mərc etməsi olub.

Məlumata görə, onlar mərc etmək üçün kredit götürüb, avtomobillərini və hətta ailə zinət əşyalarını satıblar. Lakin Striklandın gözlənilməz qələbəsi nəticəsində bütün pullarını itiriblər.

Qeyd edək ki, mayın 9-da çeçen döyüşçü, öz çəki dərəcəsində çempion olan Həmzət Çimayev Şon Striklandla döyüşə çıxıb və gözlənilməz şəkildə məğlub olub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
modern.az

1Mənbələr